Azərbaycan musiqisi və Azərbaycan muğamı. - Campus AAR Accéder directement au contenu
Vidéo Année : 2008

Azərbaycan musiqisi və Azərbaycan muğamı.

Musique azerbaïdjanaise et Mugam azerbaïdjanais.

Afficher 

Résumé

Malik və Elşən Mənsurovlar, Kamran Kərimov Azərbaycan musiqiçiləridir. Onlar müvafiq olaraq tar, kamança və nagara Azərbaycan musiqi alətlərində çalırlar.Onların geniş repertuarına ən əvvəl milli klassik musiqi növü olan muğam, həmçinin milli xalq mahnıları da daxildir. Öz istedadları ilə həm Azərbaycanda, həm də Qərbdə tanınan ustadlar uzun illərdən bəri Azərbaycan xanəndələrini müşayiət edirlər. Lakin onların solo-konsertləri heç də az uğur qazanmır. Musiqiçilərin 2008-ci il fevralın 8-də Parisdə verdikləri solo-konsert də bunu bir daha təsdiq etdi. Azərbaycan musiqisinin incəliklərini məharətlə səsləndirən ustadlar onun nəzəriyyəsini də dərindən bilir və öz bilikərini gənc musiqiçilərlə məmnuniyyətlə bölüşürlər. Belə ki, artıq otuz ildən bəri Mənsurov qardaşları , Bakıda, Azərbaycan Musiqi Akademiyasında Azərbaycan muğamını tədris edirlər. Hər üç ustadın yüksək insani keyfiyyətləri onların istedadını, professionallığını və dərin musiqi biliklərini daha da ucaldır. Bu müsahibə Azərbaycan musiqisinin ümumi təqdimatını, bir növ Azərbaycan muğamı dərsini və musiqiçilərin ifa etdikləri musiqi parçalarını özündə birləşdirir. Müsahibənin keçirilməsi üçün şərait yaradan və bizi öz evində səmimi qarşılayan Ayten Muradova-Qrakko xanıma xüsusi təşəkkürümüzü bildiririk.
Malik et Elshan Mansurov, Kamran Karimov sont des musiciens azerbaïdjanais. Ils jouent respectivement du tar, du kamantcha (kamança) et du naghara, instruments traditionnels azerbaïdjanais. Leur répertoire, particulièrement vaste, comprend avant tout le mugam azerbaïdjanais, musique classique traditionnelle, mais aussi les chants traditionnels populaires. Connus pour leur talent en Azerbaïdjan aussi bien qu’en Occident, les musiciens accompagnent, depuis plusieurs années à travers le monde entier, les khanendés - chanteurs de mugam azerbaïdjanais. Leurs concerts en solo sont cependant tout autant appréciés, comme en témoigne leur dernier concert à Paris datant du 8 février 2008. Maîtrisant les subtilités et la théorie de la musique azerbaïdjanaise, ils partagent volontiers leurs connaissances avec des jeunes musiciens. Ainsi, les frères Mansurov enseignent depuis une trentaine d'années à l'Académie de Musique d'Azerbaïdjan, à Bakou. Le talent, le professionnalisme et les connaissances académiques des musiciens sont mis en valeur par leurs qualités humaines. Cet entretien nous présente d'une façon générale la musique azerbaïdjanaise et plus particulièrement le mugam azerbaïdjanais. Il est entrecoupé de morceaux de musique azerbaïdjanaise interprétés par les musiciens.

Dates et versions

medihal-01333138 , version 1 (16-06-2016)

Licence

Paternité - Pas d'utilisation commerciale - Pas de modification

Identifiants

  • HAL Id : medihal-01333138 , version 1

Citer

Aygün Eyyubova, Camille Bonnemazou. Azərbaycan musiqisi və Azərbaycan muğamı.. 2008. ⟨medihal-01333138⟩
131 Consultations
93 Téléchargements

Partager

Gmail Facebook X LinkedIn More